Dünya
İran ABŞ ilə hərbi əməliyyatların dayandırılması haqqında memorandumu ləğv edib
İran ABŞ ilə hərbi əməliyyatların dayandırılmasına dair memorandumu qüvvədən düşmüş elan edib. Oxu.Az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının nümayəndəsi İbrahim Rezayi IRIB dövlət teleradio şirkətinə müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ yeni sanksiyalar tətbiq etməklə və Hörmüz boğazını blokadaya almaqla sazişin şərtlərini pozub. Rezayi vurğulayıb ki, memorandum İranla faktiki müharibə vəziyyətinə gələn Vaşinqton tərəfindən pozulub. Qeyd edək ki, iyunun 18-də imzalanmış sənəd fevralın 28-də başlayan münaqişənin dayandırılmasını nəzərdə tuturdu. Lakin iyulun 8-dən etibarən ABŞ hərbçiləri İrana qarşı bir neçə hücum həyata keçirib və bunu Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsizliyi ilə əsaslandırıblar. Buna cavab olaraq, İran hərbçiləri ABŞ-nin Yaxın Şərqdəki bazalarına zərbələr endiriblər.
Mənbə
oxu.az