Dünya
Başqırdıstanda qasırğa: Evlərin damı uçdu, yük avtomobili aşdı - FOTO - VİDEO
Başqırdıstanın Davlekanovo rayonunun Turumbet kəndi yaxınlığında qasırğa fərdi evlərin damını uçurub, yük avtomobilini isə aşırıb. Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru məlumat yayıb.
Hadisənin videosu yerli sakinlər tərəfindən lentə alınıb. Təbii fəlakət nəticəsində yaşayış evlərinin və həyətyanı təsərrüfat tikililərinin dam örtüklərinə, həmçinin fasadlarına ciddi ziyan dəyib. Xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb. Qeyd edək ki, bu, son günlər ərzində Başqırdıstanda qeydə alınan ikinci qasırğadır. İyulun 10-da baş verən əvvəlki hadisə zamanı elektrik verilişi xətləri qırılmış və bütün kənd işıqsız qalmışdı.

Mənbə
oxu.az