Dünya

Maliyyə qalmaqalı: İraqda 140 milyard dolların yoxa çıxması faktı araşdırılır

14 Jul 2026, 23:00 3 baxış
Maliyyə qalmaqalı: İraqda 140 milyard dolların yoxa çıxması faktı araşdırılır
İraqın Baş Prokurorluğu ölkə büdcəsinin gəlir hissəsindən üç il ərzində 140 milyard dolların ehtimal olunan uçotsuz yoxa çıxması hallarının araşdırılmasına dərhal başlanılması barədə sərəncam verib. Oxu.Az-ın məlumatına əsasən, bu açıqlamanı İraq parlamenti hüquq komitəsinin üzvü və prokurorluğa müraciətin təşəbbüskarı olan Məhəmməd əl-Hafaci verib. "İstintaq orqanları dövlət gəlirlərindən 140 milyard dolların ehtimal olunan yoxa çıxmasının və taleyinin aydınlaşdırılması üzrə rəsmi araşdırmaya başlayıb. Hüquqi tədbirlərə cari ilin iyun ayının sonunda prokurorluq rəhbərliyinə göndərilən rəsmi sorğu və hesabatdan sonra başlanılıb", - deyə Məhəmməd Əl-Hafaci bildirib:. Deputat vurğulayıb ki, o, sorğu ilə yanaşı, 2023-2026-cı illərdə maliyyə nazirinin müavini vəzifəsini icra etmiş Məsud Heydərin səs yazısı olan diski də istintaqa təqdim edib. Heydər etiraf edib ki, İraqın son üçillik gəlirlərindən 140 milyard dolların hara və hansı vaxtda xərcləndiyini bilmir. "Shafaq news" tərəfindən yayımlanan prokurorluq sənədlərində, nəzarət qurumunun sədr müavini tərəfindən təsdiqlənən və sözügedən işlə əlaqədar dərhal hüquqi addımların atılmasını tələb edən rəsmi sərəncam mövcuddur. Məlumata görə, iyun ayının sonlarında İraq təhlükəsizlik orqanları korrupsiya ittihamı ilə 47 rəhbər şəxsi və parlament deputatını həbs edib. Məlumata görə, güc strukturları tərəfindən müxtəlif dərəcəli məmurların saxlanılması məqsədilə ən azı 200 sanksiya verilib. Həmin vaxt İraq rəhbərliyi prosesin davam etdiyini və yaxın gələcəkdə Neft, eləcə də Elektroenergetika nazirliklərindəki rüşvətxorluq faktları üzrə yeni şəxslərin kimliyinin ictimaiyyətə açıqlanacağını bəyan etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər