Dünya
Bəhreyndə SEPAH-ın üç casusu ömürlük həbs cəzasına məhkum edilib - FOTO
Bəhreynin Ali Cinayət Məhkəməsi SEPAH-ın xeyrinə casusluqda təqsirli bilinən üç nəfərə ömürlük həbs cəzası verib. Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin əmlakı müsadirə olunacaq. İstintaq zamanı müəyyən edilib ki, ölkə xaricində olan şəxslərdən biri Bəhreyndəki strateji əhəmiyyətli obyektlər barədə məlumat toplamaq və İranın mümkün zərbələri üçün hədəfləri müəyyənləşdirmək məqsədilə digər şəxsi əməkdaşlığa cəlb edib. Bundan əlavə, onlar SEPAH-dakı kuratorlarına Krallıq ərazisinə endirilən zərbələrin video görüntülərini göndəriblər.
Mənbə
oxu.az