Dünya
Oman sahillərində gəmiyə hücum: Xəsarət alanlar var
Omanın Musandam əyalətinin sahilləri yaxınlığında "Mombasa B" neft tankeri hücuma məruz qalıb. Hadisə nəticəsində ekipajın altı üzvü xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə Sultanlığın Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat yayıb. "Dəniz Təhlükəsizliyi Mərkəzi bəyan edir ki, Liberiya bayrağı altında üzən "Mombasa B" neft tankeri hücuma məruz qalıb və bu, gəminin mühərriklərinin sıradan çıxmasına səbəb olub. Hadisə Musandam əyalətinin sahilindən 8.5 dəniz mili məsafədə baş verib", - deyə qurumun bəyanatında bildirilir. Qeyd olunur ki, 21 nəfərlik ekipajın təxliyəsi yaxınlıqdakı gəmilərin köməyi ilə həyata keçirilib.
Mənbə
oxu.az