Mədəniyyət

Qarabağın tarixi irsi beynəlxalq təşkilatların diqqətində - VİDEO

14 Jul 2026, 18:28 36 baxış
Qarabağın tarixi irsi beynəlxalq təşkilatların diqqətində - VİDEO
"Dövlət xidməti UNESCO, ICESCO, ICCROM və s. kimi təşkilatlarla əməkdaşlıq edir". Bu sözləri Oxu.Az-a videomüsahibəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bəpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.
O bildirib ki, ICESCO-nun iki missiyası bu günə kimi Qarabağ və Şərqi Zəngəzur ərazisində olan bir çox abidələrə baxış keçirib, birlikdə monitorinqlər aparılıb: "UNESCO ilə əməkdaşlığımıza gəlincə, abidələrin bu qurumun əsas və ilkin siyahısına salınması istiqamətində daha çox iş gedir. Məsələn, hazırda Azıx və Tağlar mağaralarının UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması istiqamətində işlər aparılır. Eyni zamanda, qədim Qəbələ şəhəri və Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi UNESCO-nun ilkin siyahılarına daxil edilib".
Qarabağın tarixi irsi beynəlxalq təşkilatların diqqətində - VİDEO Qarabağın tarixi irsi beynəlxalq təşkilatların diqqətində - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər