Dünya

İspaniyada baş nazirin qardaşına hökm oxundu

14 Jul 2026, 17:22 1 baxış
İspaniyada baş nazirin qardaşına hökm oxundu
İspaniyada məhkəmə ölkənin Baş naziri Pedro Sançesin qardaşı David Sançesi Badaxos Vilayət Şurasına işə qəbulla bağlı məsələ üzrə doqquz il müddətinə dövlət vəzifələri tutmaq hüququndan məhrum edib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İspaniya Estremadura Ali Məhkəməsindən məlumat verilib. İş üzrə dinləmələr 28 maydan 9 iyuna qədər davam edib, 40-dan çox şahid və 11 şübhəli şəxs ifadə verib. Məhkəmənin məlumatına görə, Nazirlər Kabineti rəhbərinin qardaşı vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti ilə əlaqədar doqquz il müddətinə dövlət vəzifələri tutmaqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə hazırkı qərarından apelyasiya şikayəti verilə bilər. Qeyd edək ki, 2024-cü ildə İspaniya Mülki Qvardiyası ifaçılıq sənəti şöbəsinə rəhbərlik edən David Sançeslə bağlı sənədləri tapmaq üçün Badaxos Vilayət Şurasının binasında axtarışlar aparıb. Baş nazirin qardaşı ilə bağlı istintaq həmin ilin iyun ayında başlayıb. Ona qarşı şikayət "Təmiz əllər" sindikatı tərəfindən verilib. Prosesin gedişatı zamanı Badaxos Vilayət Şurasının baş nazirin qardaşına üstünlük qazandırmaq məqsədilə xüsusi olaraq onun üçün hazırlanmış bir vəzifə yaradıb-yaratmadığı və nəticədə bu işin şərtlərinin onun peşəkar və şəxsi maraqları nəzərə alınaraq dəyişdirilib-dəyişdirilmədiyi müəyyən edilib. David Sançes 2017-ci ildə Badaxos Vilayət Şurasına işə götürülüb. Onun vəzifələri konservatoriyanın və daha sonra ifaçılıq sənəti şöbəsinin fəaliyyətinin koordinasiyası ilə əlaqəli olub. Eyni zamanda, Pedro Sançes yalnız 2018-ci ildə İspaniyanın baş naziri vəzifəsini tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər