Mədəniyyət
Tarixi abidələr satıla və ya icarəyə verilə bilər? - VİDEO
"Abidələrin qorunması tək dövlət qurumları tərəfindən həyata keçirilməməlidir. Mədəni irsimizin qorunması bizim, cəmiyyətin, hər birimizin ümumi işidir. Bütün ölkələrdə olduğu kimi, biz də bunda maraqlıyıq ki, abidələrimizin gələcək nəsillərə ötürülməsinə töhfə vermək üçün vətəndaşlarımız qanunvericiliyə uyğun olaraq, abidələrin bərpa layihələrini razılaşdıraraq bərpa edib, istifadə etsinlər". Bunu Oxu.Az-a müsahibəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.
O bildirib ki, dövlət xidmətinin siyahısında abidələr dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli abidələrə bölünüb: "Dünya və ölkə əhəmiyyətli abidələr xüsusi mülkiyyətdə ola bilməz, alınması, satılması və bağışlanması qanunvericiliklə qadağandır. Yerli əhəmiyyətli abidələr xüsusi mülkiyyətdə ola bilər, icarəyə verilə və ya alınıb-satıla bilər. Yəni hər bir vətəndaş mülkiyyətində və ya istifadəsində olan yerli əhəmiyyətli abidəni qanunvericiliyə uyğun olaraq bərpa və istifadə edə bilər. Amma öhdəlik götürən tərəf dərk etməlidir ki, söhbət memarlıq abidəsindən gedir və onun qorunması müvafiq qanunlara uyğun aparılmalı və aidiyyəti qurumlarla razılaşdırılmalıdır". "Bir məqama da diqqət çəkmək istəyirəm. Abidə bərpa olunduqdan sonra istifadə olunmasa, bir az da tez dağılacaq. Deməli, abidənin bərpası zamanı artıq onun nə məqsədlə istifadəsinə dair layihə də işlənməlidir. Ən əsası da odur ki, abidənin istifadəsi onu üzərində böyük dəyişikliklərə və müdaxilələrə səbəb olmamalıdır. Məhz buna görə abidələrin üzərində aparılan işlər mütləq qaydada mütəxəssislərlə razılaşdırılmalıdır. Çünki abidələrimizi gələcək nəsillərə ötürmək əsas məqsədimizdir", - deyə xidmət rəisi əlavə edib.

Mənbə
oxu.az