Dünya
SAXAL: HƏMAS-ın dəniz qüvvələri komandiri məhv edildi - VİDEO
İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS terror təşkilatının dəniz sektorundakı qrup komandirini və daha üç silahlı terrorçunu məhv edib. Oxu.Az xəbər verir ki, bu barədə SAXAL "X" hesabında məlumat yayıb.
Bildirilib ki, ötən gün Qəzza şəhərində həyata keçirilən hücum nəticəsində SAXAL HƏMAS qruplaşmasının dəniz qüvvələrində komandir kimi fəaliyyət göstərən, "Şamalek" ləqəbli Asam Naim Həmdini zərərsizləşdirib. Məlumata görə son vaxtlar o, HƏMAS təşkilatının dəniz gücünü bərpa etmək, eləcə də dəniz məkanında terror planlarını irəli sürmək istiqamətində fəaliyyət göstərirdi. "Cənub Komandanlığının rəhbərliyi altında fəaliyyət göstərən SAXAL qüvvələri müvafiq razılaşmaya əsasən ərazidə yerləşdirilib və yaranan hər hansı birbaşa təhlükəni aradan qaldırmaq üçün əməliyyatları davam etdirəcəklər", - deyə açıqlamada qeyd olunub.

Mənbə
oxu.az