Dünya
Oman sahillərində tanker vurulub
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Dəniz Ticarət Daşınmaları Koordinasiya Mərkəzi (UKMTO) Oman sahillərində raketlə vurulan tankerlə bağlı yeni hadisə barədə məlumat verib. Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir. "UKMTO, Omanın Limah şəhərindən 13 dəniz mili cənub-şərqdə baş verən hadisə barədə məlumat alıb. Tankerin komandası ərazidən çıxış istiqamətində cənub marşrutu üzrə hərəkət edərkən raketlə vurulub. Səlahiyyətlilər araşdırma aparır", - deyə koordinasiya mərkəzindən bildirilib. Əlavə detallar açıqlanmayıb. Qeyd edək ki, iyulun 13-nə keçən gecə UKMTO tankerin Oman sahillərindən 40 dəniz mili şimal-şərqdə raketlə vurulduğunu, ekipajın xəsarət almadığını bildirmişdi.
Mənbə
oxu.az