Dünya
Peruda güclü zəlzələ oldu
Peruda 5.3 maqnitudalı zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, seysmik hadisənin episentri təxminən 312 min əhalisi olan Kusko şəhərindən 131 kilometr cənub-şərq istiqamətində qeydə alınıb. Zəlzələnin ocağı 103 kilometr dərinlikdə yerləşib. İtki və dağıntı barədə məlumat verilməyib.
Mənbə
oxu.az