Dünya

"Bloomberg": İran gəmiləri izləmə cihazlarını söndürərək Hörmüz boğazını tərk edib

14 Jul 2026, 11:40 2 baxış
"Bloomberg": İran gəmiləri izləmə cihazlarını söndürərək Hörmüz boğazını tərk edib
ABŞ Hörmüzdə blokadanın bərpasını elan etməmişdən əvvəl İran gizlicə altı supertankeri boğazdan keçirib. Transponderləri söndürülmüş gəmilər ötən həftənin sonunda körfəz zonasını tərk edərək təxminən 12 milyon barel neft daşıyıblar. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Nəşr vurğulayır ki, ABŞ prezidenti Donald Tramp daha sonra boğazdan daşınan yüklər üçün 20% kompensasiya tələb edib. Bunun ardınca çərşənbə axşamı saat 16:00-da Ağ Ev tərəfindən dəniz blokadası bərpa edilib. Bəzi qaz və yük gəmilərinin su hövzəsindən çıxmaq cəhdlərinə baxmayaraq, boğazda dəniz nəqliyyatının hərəkəti demək olar ki, tamamilə donub. Bildirilir ki, siqnalötürücüləri söndürülmüş gəmilərlə gizli tranzitlər artıq görünən reyslərdən daha adi hala gəlib. Lakin bu cür manevrlər olduqca təhlükəlidir: bundan öncə İran raketləri BƏƏ-yə məxsus iki tankeri vurub, ABŞ tərəfindən də hücumlar qeydə alınır. Blokadalar arasındakı dövrdə İrana təxminən 57 milyon barel neft çıxarmaq müyəssər olub. İndi isə axın yeni təhlükələrlə üzləşə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər