Dünya

ABŞ İranda obyektləri bombaladı: Omidiyyədə yaralılar var

14 Jul 2026, 09:16 2 baxış
ABŞ İranda obyektləri bombaladı: Omidiyyədə yaralılar var
İranın Omidiyyə şəhəri ətrafındakı bir neçə obyekt ABŞ-nin regiona həyata keçirdiyi hücumlar nəticəsində zədələnib. Oxu.Az xəbər verir ki, bu barədə Xuzistan əyaləti qubernatorunun müavininin açıqlamasına istinadən "Mehr" agentliyi məlumat yayıb. "Bu gün saat 02:10-da (Bakı vaxtı ilə 02:40) Omidiyyə şəhəri ərazisindəki obyektlərə ABŞ-nin raket zərbəsi endirilib", - deyə açıqlamada qeyd edilib. Agentlik əlavə edib ki, hadisə zamanı ən azı dörd nəfər yaralanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər