Dünya

KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu

14 Jul 2026, 09:32 3 baxış
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ aviabazasına zərbələr endirdiyini bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb. "Bu gün səhər "Nəsr 2" əməliyyatının ikinci dalğasının üçüncü mərhələsində, ABŞ-nin İordaniyadakı aviabazasının mühüm obyektləri və dislokasiya yerləri ballistik raketlərlə hədəfə alınıb", - deyə açıqlamada qeyd olunub. Bundan əvvəl "Reuters" agentliyi İordaniyanın hava hücumundan müdafiə sistemlərinin ölkənin hava məkanında İrandan atılan dörd raketi zərərsizləşdirdiyini bildirib. İran Silahlı Qüvvələrinin elit bölməsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəhreyndə Amerika Birləşmiş Ştatları hərbçilərinin yerləşdiyi bazaya, peyk rabitəsi mərkəzinə və hərbi sursat anbarlarına hücum etdiyi bildirilib. Oxu.Az xəbər verir ki, bu barədə "Nour News" agentliyi məlumat yayıb. "İslam İnqilabı Keşikçiləri Korpusu dronlar və raketlərin köməyi ilə Bəhreyndə yerləşən "Əl-Cüfeyr" bazasında ABŞ əsgərlərinin qaldığı binaya, peyk rabitə mərkəzinə, həmçinin bir neçə silah anbarına zərbələr endirərək onları tamamilə məhv edib", - deyə agentlik SEPAH-ın rəsmi bəyanatından sitat gətirib. Eyni zamanda, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan iki tankerə zərbə endirdiyini də açıqlayıb. "Naviqasiya sistemləri qapadılmış iki supertanker Hörmüz boğazının təhlükəsizlik mərkəzi tərəfindən edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymayaraq, bölgədə dənizçilik üçün təhlükə yaradıb, nəticədə onlar vurularaq zərərsizləşdirilib", - deyə açıqlamada qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər