Dünya

Səudiyyə Ərəbistanı Yəmənə hücum qərarını ABŞ ilə razılaşdırıb

14 Jul 2026, 09:56 2 baxış
Səudiyyə Ərəbistanı Yəmənə hücum qərarını ABŞ ilə razılaşdırıb
Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Sənadakı hava limanına zərbə endirməzdən əvvəl bu addımı Vaşinqtonla razılaşdırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampı planlaşdırılan əməliyyat barədə əvvəlcədən məlumatlandırıb və onun dəstəyini istəyib. Mənbələrin bildirdiyinə görə, Tramp Ər-Riyadın bu addımını dəstəkləyib. Nəşr qeyd edir ki, Səudiyyə Ərəbistanının hücumdan əvvəl ABŞ ilə məsləhətləşməsi krallığın husilərlə genişmiqyaslı qarşıdurmadan ehtiyatlandığını göstərir. Nəşr vurğulayır ki, krallıq belə bir eskalasiya ssenarisində ABŞ-nin diplomatik və hərbi dəstəyinə ehtiyac yaranacağını hesablayıb. Qeyd edək ki, Yəməndəki "Ənsar Allah" qruplaşması Səna aeroportuna edilən hücuma görə birbaşa Səudiyyə Ərəbistanını günahlandırıb. Husilər bu hadisə ilə gərginliyin azaldılması mərhələsinin rəsmən bitdiyini açıqlayıblar. Buna cavab tədbiri olaraq husilər Səudiyyə Ərəbistanının Əbha beynəlxalq hava limanına dronlar və ballistik raketlər vasitəsilə hücum təşkil etdiklərini bəyan ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər