Dünya
Tramp İranın hərbi potensialının böyük hissəsinin məhv edildiyini AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp İranın silah istehsalı imkanlarının 84 faiz həcmində məhv edildiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev lideri "Newsmax" telekanalına verdiyi müsahibədə bildirib. O qeyd edib ki, İran silah istehsal etmək bacarığını böyük ölçüdə itirib. Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib. İslam respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai iyulun 13-də bəyan edib ki, Tehran Birləşmiş Ştatlarla imzalanmış memorandumu heç vaxt pozmayıb və sənədin icra olunmamasına görə bütün məsuliyyət Vaşinqtonun üzərinə düşür.
Mənbə
oxu.az