Dünya

Vəfat etmiş senator Lindsi Qremin ABŞ Konqresindəki yerini bacısı tutub

14 Jul 2026, 05:32 4 baxış
Vəfat etmiş senator Lindsi Qremin ABŞ Konqresindəki yerini bacısı tutub
ABŞ-nin Cənubi Karolinalı ştatının qubernator Henri Makmaster iyulun 11-də vəfət etmiş senator Lindsi Qremin ABŞ Konqresinin yuxarı palatası olan Senatdakı yerinə onun kiçik bacısı Darlini təyin edib. Oxu.Az bu barədə "Fox News" telekanalına istinadən xəbər verir. "Mənim öhdəliyim bu insanın səlahiyyət müddətinin sonuna qədər onun yerini tutacaq şəxsi təyin etməkdir. Onun işini sona çatdırmaq xahişi ilə kiçik bacısı Darlin Qremə müraciət etmək mənim üçün şərəfdir", - deyə Makmaster bildirib. "Lindsinin səlahiyyət müddətinin sonunadək xidmət etmək üçün məni seçdiyinə görə qubernatora təşəkkür edirəm. Bu, mənim üçün bir şərəfdir", - deyə Darlin Qrem bildirib. Senatorun vəfatı barədə iyulun 12-də məlum olub. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Makmasterə Cənubi Karolinadan olan senator postuna Qremin bacısını təyin etməyi tövsiyə etmişdi
Mənbə oxu.az

Oxşar Xəbərlər