Dünya

Çində iki yaşında itkin düşən qız 35 ildən sonra ailəsinə qovuşdu - FOTO

14 Jul 2026, 04:04 3 baxış
Çində iki yaşında itkin düşən qız 35 ildən sonra ailəsinə qovuşdu - FOTO
37 yaşlı çinli qadın iki yaşında itkin düşdükdən 35 il sonra bioloji ailəsi ilə yenidən qovuşub və öyrənib ki, illərlə anasının yaşadığı yerin qarşı tərəfində yaşayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Mothership" nəşri məlumat yayıb. Məlumata görə, 1991-ci ildə Nannin şəhərində tərəvəz piştaxtasında işləyən atası qızını qonşu köşkə kökə almağa göndərib. Lakin qız yolun o biri tərəfinə keçərək insanların sıx olduğu topdansatış bazarına düşüb. Orada paltar satan bir qadın onu görüb. Qadın uşağın valideynlərini tapmağa çalışsa da, heç kim müraciət etməyib. Nəticədə o, qızı himayəsinə götürərək öz övladı kimi böyüdüb. Tsuy Ninin atası ömrünün sonuna qədər qızını axtarsa da, onun əslində çox yaxınlıqda yaşadığını heç vaxt öyrənə bilməyib. Ögey ailədə böyüyən Nin isə illər sonra ailələrin yenidən qovuşması ilə bağlı məşhur hekayələrdən təsirlənərək öz köklərini araşdırmaq qərarına gəlib. O, qohumların axtarışı üçün yaradılmış platformada qeydiyyatdan keçib və cəmi bir neçə saat sonra doğma bacısı onunla əlaqə saxlayıb. Aparılan DNT testi onların qohumluğunu təsdiqləyib.
Çində iki yaşında itkin düşən qız 35 ildən sonra ailəsinə qovuşdu - FOTO Çində iki yaşında itkin düşən qız 35 ildən sonra ailəsinə qovuşdu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər