Dünya

Tramp: "İran rəhbərliyinin harada olduğunu bilirik"

14 Jul 2026, 02:04 4 baxış
Tramp: "İran rəhbərliyinin harada olduğunu bilirik"
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin nümayəndələrinin olduğu yer barədə məlumatlı olduqlarını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. ABŞ prezidenti amerikalı radioaparıcı Hyu Hyuittin efirində İran rəsmilərinin harada olduqlarını bilib-bilmədikləri və ABŞ və ya İsrail hərbçilərinin onları fiziki cəhətdən zərərsizləşdirə biləcəkləri ilə bağlı sualını cavablandırıb. "Bəli. Amma bunu müzakirə etmək istəmirik. Biz, əlbəttə ki, onları izləyirik. Bu barədə çox məlumatım var, lakin hesab edirəm ki, hazırda bu barədə danışmaq məqsədəuyğun deyil", - deyə Tramp bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər