Dünya
Tramp ABŞ xalqına müraciət edəcək
ABŞ Prezidenti Donald Tramp xalqa müraciət edəcəyini bildirib. Oxu.Az xəbər verir ki, amerikalı lider bu barədə "Truth Social" platformasında yazıb. O, müraciətin iyulun 16-da Şərq vaxtı ilə saat 21:00-a (Bakı vaxtı ilə 17 iyul, saat 05:00 - red.) planlaşdırıldığını dəqiqləşdirib. Bununla belə, Tramp çıxışı zamanı hansı mövzulara toxunacağını açıqlamayıb. Xatırladaq ki, daha əvvəl Tramp İranda hərbi əməliyyatların bərpası barədə Konqresə rəsmən məlumatlandırıb.
Mənbə
oxu.az