Dünya

Tramp İrana zərbə endirilə biləcəyini deyib

14 Jul 2026, 01:08 1 baxış
Tramp İrana zərbə endirilə biləcəyini deyib
ABŞ yaxın günlərdə İrana bir sıra güclü zərbələr endirəcək. Oxu.Az "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp radio aparıcısı Hyu Hyuittə verdiyi müsahibədə bildirib. "Bu gecə biz onlara çox güclü zərbə endirəcəyik. Sabah daha bir güclü zərbə endirəcəyik", - deyə o qeyd edib. Tramp İranın memorandumun şərtlərini yerinə yetirmədiyini bəyan edərək vurğulayıb ki, sənədin imzalanması bir sınaq idi və Tehran onun fikrincə, bu sınaqdan keçə bilməyib. O, həmçinin qeyd edib ki, ABŞ tərəfi yaxın vaxtlarda İranın Kolanq-Qaz-La dağına da zərbə endirə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər