Dünya

Polşa öz kosmik gəmisini inşa etməyi planlaşdırır

14 Jul 2026, 00:36 3 baxış
Polşa öz kosmik gəmisini inşa etməyi planlaşdırır
Polşa öz kosmik gəmisini inşa etməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə ölkənin Baş naziri Donald Tusk bildirib. Onun sözlərinə görə, kosmik gəmilərin hazırlanması Polşanın da maliyyələşdirdiyi Avropa Kosmik Agentliyinin əsas hədəflərindən biridir. Layihələrdən biri ilk Polşa kosmik gəmisinin yaradılmasını nəzərdə tutur. "Bu, Yerlə peyklər arasında nəqliyyat imkanlarının daha etibarlı təmin edilməsinə, peyklərə texniki xidmət göstərilməsinə, onların yanacaqla təmin olunmasına və digər istiqamətlərə töhfə verəcək dönüş nöqtəsi olacaq layihədir", - deyə Tusk qeyd edib. Öz növbəsində Polşanın maliyyə və iqtisadiyyat naziri Andjey Domanski bildirib ki, ölkə kosmik sənayeyə ayrılan xərcləri iki dəfə artırmaq qərarına gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər