Dünya

KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək

13 Jul 2026, 23:36 4 baxış
KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək
Dünyanın ən böyük liman operatorlarından biri, Dubayın "DP World" şirkəti Fars körfəzində yüklərin Hörmüz boğazından yan keçməklə daşınmasına imkan verəcək yeni dəniz limanı yaratmağı planlaşdırır. Oxu.Az bu barədə "Financial Times" qəzetinə istinadən xəbər verir. Nəşr məlumatlı mənbələrə istinadən yazır ki, söhbət Əl-Füceyrə əmirliyinin sahilində yeni çoxprofilli dəniz limanı və yeni terminalın tikintisindən gedir. Bu sahil Ərəbistan dənizinin Oman körfəzində yerləşir. Hazırda "DP World"ün Fars körfəzindəki ən böyük limanı Dubay əmirliyindəki Cəbəl-Əli limanıdır. Bu limandan açıq okeana çıxmaq üçün Hörmüz boğazından keçmək lazımdır. Orada isə ABŞ və İran arasındakı münaqişə səbəbindən gəmiçiliyin təhlükəsizliyi ilə bağlı vəziyyət gərgin olaraq qalır. Əl-Füceyrə əmirliyinin sahili isə Hörmüz boğazının digər tərəfində yerləşir. Dubaydan və Fars körfəzinin digər ölkələrindən gələn yükləri Hörmüz boğazından yan keçməklə Cəbəl-Əli limanından Əl-Füceyrəyə quru yolu ilə daşımaq mümkün olacaq. "DP World" hazırda Əl-Füceyrə əmirliyinin hakimiyyət orqanları ilə yeni limanın tikintisi barədə danışıqlar aparır. Müzakirələrin əsas məsələləri layihənin maliyyələşdirilməsi və icra müddətidir. "DP World" rəhbərliyinə yaxın mənbələr qeyd edirlər ki, yeni liman yaxın bir il yarım ərzində tikilə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər