Dünya

Sensasion İDDİA: İsrail kəşfiyyatı Əhmədinejadı məxfi əməkdaşlığa cəlb edibmiş

13 Jul 2026, 22:24 3 baxış
Sensasion İDDİA: İsrail kəşfiyyatı Əhmədinejadı məxfi əməkdaşlığa cəlb edibmiş
İsrail bir neçə il ərzində İranın sabiq prezidenti Mahmud Əhmədinəjadı sonradan hakimiyyətə gətirmək məqsədilə öz tərəfinə çəkmək üçün məxfi əməliyyat keçirib, lakin bu cəhd uğursuzluqla nəticələnib. Oxu.Az bildirir ki, bu barədə "The New York Times" (NYT) nəşri ABŞ və İran rəsmilərinə istinadən xəbər verir. Nəşrin yazdığına görə, ABŞ və İsrailin İrana qarşı müharibəsinin ilk günlərində "Mossad" Əhmədinəjadı Tehrandan təhlükəsiz yerə çıxarmağa cəhd edib, lakin plan baş tutmayıb və hazırda sabiq prezident İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi xidmət orqanlarının nəzarəti altında ev həbsində saxlanılır. NYT qeyd edir ki, İsrail xüsusi xidmət orqanları Əhmədinəjadla hələ 2023-cü ildə, onun Qvatemalaya səfəri zamanı təmas qurublar. 2024-cü ildə keçmiş İran prezidenti Ludovika adına Dövlət Qulluğu Universitetinin dəvəti ilə Budapeştə səfər edib və burada "Mossad"ın o zamankı rəhbəri David Barnea ilə görüşüb. İsrail kəşfiyyatı Əhmədinəjadla olan təmasları barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) məlumatlandırıb. Təhsil müəssisəsinin rektoru Qerqey Deli nəşrə etiraf edib ki, konfrans məxfi danışıqlar üçün bir pərdə olub, keçmiş İran prezidentini tədbirə dəvət etmək xahişi isə adını açıqlamadığı Macarıstan rəsmisindən gəlib. Nəşrdə bildirilir ki, 2025-ci ildə Əhmədinejad təkrar Budapeştə gedib və SEPAH-dan olan iranlı mühafizəçilərinin sözlərinə görə, o, uzunmüddətli görüşlər keçirmək üçün azı iki dəfə mühafizəsindən yayınmağı bacarıb. Səfər haqqında hesabatda mühafizəçilər qeyd ediblər ki, Əhmədinəjad yoxa çıxmasının səbəbini universitet professorları ilə görüşlərlə izah edib. NYT-nin məlumatına görə, əməliyyatın kulminasiya nöqtəsi İsrailin 2026-cı il fevralın 28-də Əhmədinəjadın Tehrandakı kompleksinə endirdiyi hava zərbəsi olub. Mənbələrin iddiasına görə, bundan sonra "Mossad" əməkdaşları İranın keçmiş liderini qara "Peugeot" markalı avtomobillə gizli sığınacağa aparıblar. Lakin sabiq prezident israillilərin onu hakimiyyətə qaytarmaq planlarından məyus olub və müəmmalı şəraitdə sığınacağı tərk edib. Əhmədinəjad iyulun 6-na qədər ictimaiyyət arasında görünməyib. Həmin gün o, İranın həlak olmuş ali rəhbəri Əli Xameneinin dəfn mərasimində qısa müddətə görünüb. Onun hazırkı statusu qeyri-müəyyən olaraq qalır, lakin dörd yüksəkrütbəli İran rəsmisi NYT-yə bildirib ki, o, hazırda SEPAH kəşfiyyatının nəzarəti altındadır.
Mənbə oxu.az

Oxşar Xəbərlər