Dünya

"Lufthansa" aviaşirkəti Azərbaycanın xəritəsini TƏHRİF ETDİ - FOTOFAKT

13 Jul 2026, 22:54 3 baxış
"Lufthansa" aviaşirkəti Azərbaycanın xəritəsini TƏHRİF ETDİ - FOTOFAKT
Almaniyanın məşhur "Lufthansa" aviaşirkəti Azərbaycana qarşı təxribata əl atıb. Şirkətin saytında sərnişinlərə təqdim olunan rəsmi uçuş xəritəsində ciddi qanun pozuntusu aşkarlanıb. Oxu.Az Demokrat.az-a istinadən xəbər verir ki, platformada torpaqlarımızın adı saxtalaşdırılıb. Belə ki, uçuş zamanı izlənilən canlı xəritədə Xankəndi şəhərinin adı təhrif edilib. Alman şirkəti şəhərin adını qondarma "Stepanakert" adı ilə qeyd edib. Bu xoşagəlməz hadisə iyulun 7-də həyata keçirilən uçuşda qeydə alınıb. Aviaşirkət hələ ki, mövzu ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Bununla da tanınmış beynəlxalq aviaşirkət öz platformasında separatçıları dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirib.
{{gallery}}
"Lufthansa" aviaşirkəti Azərbaycanın xəritəsini TƏHRİF ETDİ - FOTOFAKT
Mənbə oxu.az

Oxşar Xəbərlər