Dünya

Rusiya səfiri Niderland XİN-ə çağırıldı

13 Jul 2026, 21:12 24 baxış
Rusiya səfiri Niderland XİN-ə çağırıldı
Niderland Xarici İşlər Nazirliyi Rusiyanın səfirini kiberhücum ittihamları ilə bağlı çağırıb. Oxu.Az Nu.nl portalına istinadən xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen bildirib. "Rusiya səfirinə mesajımız tamamilə aydındır: Nə etdiyinizi görürük və bunu qəbul etmirik", - deyə o vurğulayıb. Berendsen Niderlandın Ukraynaya dəstək verməyə davam edəcəyinə söz verib. Daha əvvəl Almaniya, Fransa və Finlandiya da Rusiyanı kiberhücumlarda ittiham etmişdilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər