Dünya
Ermənistanda məhkəmə İrəvanın keçmiş meri barədə QƏRAR ÇIXARDI
İrəvanın sabiq meri Qaqik Beqlaryandan 76 milyon 822 min dram (təxminən 353 min manat) müsadirə ediləcək. Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi məlumat yayıb. Məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə mindikdən dərhal sonra qeyd olunan məbləğ Beqlaryandan alınaraq İrəvan bələdiyyəsinin hesabına keçiriləcək. Qeyd edək ki, keçmiş merə qarşı qaldırılmış iddia 2025-ci ilin sentyabr ayında icraata götürülmüşdü. Həmin vaxt məhkəmə instansiyası iddia tələblərinin məbləği çərçivəsində onun əmlakı üzərinə həbs qoyulması barədə qərar vermişdi. Bundan əvvəl Beqlaryana qarşı İrəvanda, əsasən də şəhərin mərkəz hissəsində yerləşən 27-yə yaxın daşınmaz əmlak obyektini qanunsuz yolla mənimsəmə şübhəsi ilə cinayət işi başlanmışdı.
Mənbə
oxu.az