Dünya

Səna aeroportu vuruldu: İran təyyarəsinin limana enişinə imkan verilmədi - VİDEO

13 Jul 2026, 17:42 2 baxış
Səna aeroportu vuruldu: İran təyyarəsinin limana enişinə imkan verilmədi - VİDEO
Yəmən Silahlı Qüvvələri İran təyyarəsinin enişinə mane olmaq məqsədilə "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin nəzarəti altında olan Səna beynəlxalq hava limanının uçuş-eniş zolağına zərbə endirib. Oxu.Az xəbər verir ki, bu barədə SABA dövlət informasiya agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"İran rejiminin dəstəklədiyi husi birləşmələri Yəmənin milli aviasiyasına paytaxt Səna hava limanına enməyi qadağan edib. Bu səbəbdən hava limanının uçuş-eniş zolağı zərbəyə məruz qalıb", - deyə açıqlamada qeyd olunub. Hücumdan bir qədər əvvəl Müdafiə Nazirliyi Səna hava limanının dərhal təxliyə edilməsinə çağırış edib və vətəndaşlara obyektə yaxınlaşmamaq barədə xəbərdarlıq olunub. Qurumdan bildirilib ki, bu tədbirlər milli suverenliyin qorunmasına yönəlib və ölkənin hava məkanını pozmağa cəhd edən istənilən təyyarənin qarşısının alınması üçün tam hazırlıq vəziyyətindədirlər. Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) isə Səna hava limanına endirilən zərbələrə görə məsuliyyəti Səudiyyə Ərəbistanının daşıdığını bildirərək, gərginliyin azaldılması mərhələsinin bitdiyini elan edib. Bu barədə üsyançıların qurduğu silahlı qüvvələrin rəsmi sözçüsü Yəhya Sariye məlumat verib. O, həmçinin qeyd edib ki, hücumun nəticələrinə görə Ər-Riyad cavabdehlik daşımalıdır. O, bu addımların cavabsız qalmayacağını xüsusi vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər