Mədəniyyət

Azərbaycanda tarixi abidələr necə qorunur? - Xidmət rəisi ilə MÜSAHİBƏ - VİDEO

13 Jul 2026, 18:00 2 baxış
Azərbaycanda tarixi abidələr necə qorunur? - Xidmət rəisi ilə MÜSAHİBƏ - VİDEO
"Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları digər qurumlarla birgə Qarabağa ilk monitorinqə gedənlərdən olublar. 2021-ci ildən ildən başlayaraq mütəmadi olaraq monitorinqlər keçirilir, abidələr aşkar olunur. Eyni zamanda, aşkar olunan abidələrin və siyahıda olan abidələrin günümüzə çatmış vəziyyəti araşdırılır". Bu sözləri Oxu.Az-a videomüsahibəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib. O, bu istiqamətdə beynəlxalq təşkilatlarla aparılan əməkdaşlıq və Azərbaycanın mədəni irsinin qorunmasına göstərilən dəstəkdən də danışıb: "Təbii ki, belə qurumlarla əməkdaşlıq edilir. Nümunə olaraq UNESCO, ICESCO, ICCROM və s. kimi təşkilatları göstərmək olar. ICESCO-nun iki missiyası bu günə kimi Qarabağ və Şərqi Zəngəzur ərazisində olan bir çox abidələrə baxış keçirib, birlikdə monitorinqlər aparılıb. UNESCO ilə əməkdaşlığımıza gəlincə, abidələrin bu qurumun əsas və ilkin siyahısına salınması istiqamətində daha çox iş gedir. Məsələn, bu yaxınlarda Azıx və Tağlar mağaralarının sözügedən qurumun əsas siyahısına salınması istiqamətində işlər aparılır. Eyni zamanda, Qədim Qəbələ şəhəri, Naxçıvandakı Gəmiqaya kompleksi və oradakı göl birgə nominasiya üzrə həm tarixi, həm də təbii abidə kimi artıq UNESCO-nun ilkin siyahısına salınıb". Müsahibimiz həmçinin hazırda ölkə üzrə abidələrin neçə faizinin vəziyyətinin qənaətbəxş hesab olunduğu, mədəni irsin qorunması ilə bağlı ən ciddi maneələr, bəzi tarixi binaların və abidələrin özəl şəxslər tərəfindən alınıb dəyişdirilməsi və ya dağıdılması halları, eləcə də Azərbaycanda mədəni irsin qorunması sahəsində Dövlət Xidmətinin yaxın illərdə əsas hədəflərindən danışıb. Daha ətraflı videomüsahibədə:
Mənbə oxu.az

Oxşar Xəbərlər