Dünya
Böyük Britaniya SEPAH-ı "qara siyahı"ya saldı
Birləşmiş Krallıq İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) qadağan edilmiş təşkilatlar siyahısına daxil edib. Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb. Bildirilib ki, bu qərar Böyük Britaniya daxili işlər nazirinin müavini Ancela İql tərəfindən parlamentə təqdim edilən yazılı açıqlamada öz əksini tapıb. Britaniya hökuməti atdığı bu addımın səbəbi kimi SEPAH-ın Birləşmiş Krallıqda məskunlaşan İran hakimiyyətinin tənqidçilərini hədəf alan və onları qorxutmağa yönəlmiş fəaliyyətlərlə məşğul olmasını göstərib. Bundan başqa, rəsmi London "Islamic Movement of the People of the Right Hand" adı ilə də tanınan "Ashab al-Yamin" qruplaşmasını da qara siyahıya əlavə edib. Qeyd edək ki, sözügedən təşkilat bundan əvvəl Londonda yerləşən sinaqoqlar və yəhudi mədəniyyət mərkəzlərinə qarşı həyata keçirilən silsilə hücumların məsuliyyətini öz üzərinə götürmüşdü.
Mənbə
oxu.az
Oxşar Xəbərlər