Dünya
Rusiyaya qarşı sanksiyalar: Böyük Britaniyanın qara siyahısı yeniləndi
Böyük Britaniya Londona qarşı kiberhücumlarda iştirak edən Rusiyanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarına və "Rıbar" hərbi-analitik mərkəzinə qarşı sanksiyalar tətbiq edib. Oxu.Az xəbər verir ki, bu məlumatlar Britaniya hökumətinin rəsmi internet portalında dərc olunan yenilənmiş sanksiya siyahısında öz əksini tapıb. Bütövlükdə, London hökuməti Rusiya Federasiyasına yönəlik sanksiyalar sənədini 10 bənd üzrə artırıb, həmçinin kibertəhlükəsizliklə bağlı reyestrə daha 14 nəfərin adını daxil edib.
Mənbə
oxu.az