Dünya

İran XİN: "Körfəz dövlətlərinə deyil, ABŞ bazalarına zərbə endirilib"

13 Jul 2026, 14:18 3 baxış
İran XİN: "Körfəz dövlətlərinə deyil, ABŞ bazalarına zərbə endirilib"
"İran İslam Respublikası Amerika Birləşmiş Ştatları ilə imzalanmış memorandumu heç vaxt pozmayıb və onun icra edilməməsinə görə bütün məsuliyyət Vaşinqtonun üzərinə düşür". Oxu.Az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinqdə bildirib. "İran heç bir zaman öhdəliklərin pozulmasının təşəbbüskarı olmayıb. Biz qürurla bəyan edirik ki, İran İslam Respublikası istənilən danışıqlarda dəqiqlik və ciddilik nümayiş etdirib. Razılaşmaları daim pozan tərəf məhz Amerika tərəfidir ", - deyə Bəqai qeyd edib. XİN rəsmisi, həmçinin vurğulayıb ki, ABŞ əldə olunmuş bütün razılaşmaların icrasına qayıdana qədər İran da eyni şəkildə memorandum üzrə öhdəliklərini yerinə yetirməyi dayandıracaq. "Biz ən başından "öhdəliyə qarşı öhdəlik" prinsipindən çıxış etmişik. Əgər qarşı tərəf öz öhdəliklərinə əməl edərsə, biz də özümüzünküləri icra edəcəyik. Bundan sonra fəaliyyətimiz belə olacaq: qarşı tərəf öz öhdəliklərini pozmağa davam etdikcə, İran İslam Respublikası da öz növbəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edəcək ", - deyə Bəqai bildirib. Bundan başqa diplomat qeyd edib k, İran Fars körfəzi ölkələrinə zərbələr endirməyib, yalnız bölgədəki ABŞ hərbi bazaları hücumlara məruz qalıb. "Biz regiondakı heç bir ölkəyə hücum etməmişik və İranın zərbələri yalnız ABŞ-nin bölgədəki mövqelərinə yönəlib", - deyə Bəqai əlavə edib. O xatırladıb ki, Tehran dəfələrlə region ölkələrindən ABŞ-nin İrana müdaxilə etmək üçün onların ərazilərindən istifadəsinə icazə verməmələrini xahiş edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər