Digər
Avtomobil yarmarka ziyarətçilərini vurdu: 6 nəfər öldü
Çilinin Vinya-del-Mar şəhərində (Valparaiso vilayətinin mərkəzi) avtomobil yarmarka ziyarətçilərini vurub, nəticədə altı nəfər həlak olub, yeddi ziyarətçi yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Şahidlərin sözlərinə görə, sürücü sürət həddini aşıb, bir anda idarəetməni itirərək səkiyə çıxıb, ticarət sıralarını və insanları əzib.
Hadisənin başvermə şəraiti aydınlaşdırılır.
Mənbə
axar.az