İdman

"Benfika"nın sabiq futbolçusu qəzada həlak oldu

13 Jul 2026, 02:00 2 baxış
"Benfika"nın sabiq futbolçusu qəzada həlak oldu
Portuqaliyanın "Benfika" klubunun sabiq futbolçusu Manu 43 yaşında həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə Portuqaliyanın "Alverka" klubunun mətbuat xidməti məlumat yayıb. "A Bola" qəzetinin məlumatına görə, Manu yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Manu "Alverka" klubunun yetirməsi olub. Karyerası ərzində Portuqaliya, İtaliya, Yunanıstan, Polşa, Çin və Kipr çempionatlarında çıxış edib. O, Varşavanın "Legiya" klubu ilə iki dəfə Polşa Kubokunun qalibi olub (2011 və 2012). Manu peşəkar futbolçu karyerasını 2019-cu ildə başa vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər