Cəmiyyət
Yollarda gecə işıqlandırmasının işləməməsi sürücülərin təhlükəsizliyi ilə bağlı hansı sualları gündəmə gətirir? - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
Qış parkının yeraltı dayanacağında yeni avtomatlaşdırılmış sistemə keçid niyə aylardır yekunlaşmır və çıxışda yaranan sıxlıqlara görə məsuliyyəti kim daşıyır? Yollardakı təhlükəli çuxurlar səbəbindən avtomobili zədələnən vətəndaş dəymiş zərəri niyə öz büdcəsi hesabına ödəməlidir? Sumqayıt küçələrində və Böyükşor-Pirşağı yolunda gecə işıqlandırmasının işləməməsi sürücülərin təhlükəsizliyi ilə bağlı hansı sualları gündəmə gətirir? Səhvən basılan "Stop" düyməsinə görə avtobusu tərk edən sürücünün davranışı nəqliyyat işçilərinin iş şəraiti və psixoloji tükənməsi barədə hansı problemləri üzə çıxarır? Meyvə şirələrinin istehsal edildiyi sexlərdə aşkarlanan antisanitar vəziyyət və əlavə rəngləndiricilər belə məhsulların uzun müddət nəzarətsiz satılması ilə bağlı hansı narahatlıqları artırır? Verilişdə həftə ərzində gündəm olan bu və digər məsələlər diqqətə çatdırılaraq şərh edilib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər