Cəmiyyət

Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı

13 Jul 2026, 01:42 2 baxış
Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı

İyulun 4–12-də Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO) Azərbaycan uğurla təmsil olunub.


Axar.az xəbər verir ki, 90-dan artıq ölkənin iştirak etdiyi nüfuzlu elm yarışında ölkəmizi müxtəlif ümumi təhsil müəssisələrindən 5 şagird təmsil edib. Azərbaycan komandası yüksək nəticə göstərərək 3 gümüş və 2 bürünc medal qazanıb.


Tədbir çərçivəsində 57-ci Beynəlxalq Fizika Olimpiadasının 2027-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər