Digər
ABŞ İrana yeni zərbələr endirməyə başladı - CENTCOM
ABŞ Silahlı Qüvvələri bazar ertəsinə keçən gecə İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası endirməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Şərq sahilinin vaxtı ilə (bazar günü) saat 17:00-da (Bakı vaxtı ilə bazar ertəsi saat 01:00-da - red.) CENTCOM bölmələri Hörmüz boğazından sərbəst keçən ticarət gəmilərinə və dinc dənizçilərə zərbə endirmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana əlavə zərbələr endirməyə başlayıb. Əmr Ali Baş Komandan tərəfindən verilib", - paylaşımda qeyd olunub.
Mənbə
axar.az