Şou biznes

Türkiyəli müğənni Haluk Levent saxlanılıb

12 Jul 2026, 17:54 3 baxış
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
İstanbul Respublika Baş Prokurorluğunun "Ahbap" Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində dərnəyin sədri Haluk Levent barəsində saxlanılma qərarı çıxarılıb. Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bursada saxlanılan Haluk Levent müvafiq prosedur qaydalarının icrası üçün İstanbula aparılacaq. Müğənni "Dərnəklər haqqında qanunun tələblərini pozma", "Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma" və "Cinayətkar şəbəkəyə üzv olma" ittihamları ilə İstanbul Polisinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər