Digər
İranda sənaye mərkəzində güclü yanğın oldu - Video
İranın qərbində yerləşən Lorestan əyalətindəki "Oxin Palayesh" sənaye müəssisəsində yanğın baş verib.
Axar.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, alov tullantıların saxlanıldığı ərazidən başlayıb və qısa müddətdə müəssisənin digər hissələrinə yayılıb.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur, lakin müəssisəyə ciddi maddi ziyan dəyib. Əraziyə dərhal yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbləri səlahiyyətli qurumlar tərəfindən araşdırılır.
Qeyd edək ki, "Oxin Palayesh" neft emalı və kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşmış böyük sənaye müəssisəsidir.
Mənbə
axar.az