Digər

Şimali Kipr prezidenti xəstəxanaya aparıldı

10 Jul 2026, 23:08 3 baxış
Şimali Kipr prezidenti xəstəxanaya aparıldı

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Ərhürman sinə ağrısı və həddindən artıq tərləmə şikayətləri ilə bağlı Lefkoşa Dövlət Xəstəxanasına aparılıb.


Axar.az xəbər verir ki, bu barədə “Carçı nyus” məlumat yayıb.


Bildirilib ki, xəstəxananın koronar şöbəsinə yerləşdirilən Ərhürmanın ilkin müayinələrinin nəticələri təmiz çıxıb. Prezidentin ən azı 6 saat xəstəxanada müşahidə altında qalacağı gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər