Digər
Rusiya ordusu Odessaya qanadlı raketlə zərbə endirdi
10 iyul gecəsi Rusiya ordu qüvvələri Ukraynanın Odessa vilayətinə qanadlı raketlə zərbə endirib. Dağıntı və tələfat var.
Axar.az xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper Teleqram kanalında məlumat yayıb.
O, liman infrastrukturunun hədəf alındığını bildirib:
“Ərazidə baş verən yanğın söndürülüb. Bir nəfər hücum nəticəsində həlak olub”.
Mənbə
axar.az