İdman

DÇ-2026: İspaniya yarımfinala çıxdı - VİDEO

11 Jul 2026, 01:00 1 baxış
DÇ-2026: İspaniya yarımfinala çıxdı - VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/4 final mərhələsi çərçivəsində İspaniya - Belçika matçı keçirilib. Oxu.Az xəbər verir ki, ABŞ-nin İnqlvud şəhərində baş tutan oyun pireneylilərin qələbəsi ilə yekunlaşıb - 2:1.





Görüşdə hesabı ispanlar açıblar. 30-cu dəqiqədə Fabian Ruis fərqlənib. Şarl De Ketelare 41-ci dəqiqədə hesaba tarazlıq gətirib. Mikel Merino 88-ci dəqiqədə rəqib qapıçısını məyus edərək İspaniya millisinin qələbəsini təmin edib. Qeyd edək ki, İspaniya 1/2 final mərhələsində Fransa ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər