İdman
Dünya çempionları Bakıda: Boks gecəsinin nəticələri açıqlandı
Bakıda boks üzrə IBA Çempionlar Gecəsi keçirilib. xəbər verir ki, ilk dəfə "Sea Breeze Resort"da təşkil olunan yarışda dünyanın tanınmış boksçularının iştirakı ilə 6 döyüş baş tutub. Gecədə Azərbaycanı 5 boksçu təmsil edib. 47.6 kq çəki dərəcəsində dünya çempionu Sübhan Məmmədov filippinli Riçard Qardla üz-üzə gəlib və döyüş təmsilçimizin qələbəsi ilə başa çatıb. Dünya çempionatının mükafatçıları Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (72.6 kq) müvafiq olaraq Nurtas Acbenov (Qazaxıstan) və Nikolay Veselovla (Belarus) qarşılaşıblar. Hər iki idmançımız rinqdən qalib ayrılıb. Avropa Oyunlarının mükafatçısı Tayfur Əliyev (60 kq) özbəkistanlı Xurşidbek Rasuljonovla, Dünya Kubokunun yarımfinalçısı Nəbi İsgəndərov (70 kq) isə Hikmət Qarayevlə (Rusiya) qüvvəsini sınayıb. Bu qarşılaşmalar heç-heçə ilə yekunlaşıb.
Mənbə
oxu.az