Cəmiyyət
Bakının mərkəzi prospektində təhlükə - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı paytaxtın Azadlıq prospektində, qoşa yanacaqdoldurma məntəqəsinin yaxınlığında yaşanan ciddi problemə həsr olunub. Bildirilib ki, sözügedən ərazidə piyadaların təhlükəsiz və rahat hərəkəti üçün lazımi şərait yaradılmayıb.
Ərazidə piyada keçidinin olmaması insanların həyatı üçün böyük təhlükə yaradır. Bundan əlavə, köməkçi yolda da piyadaların keçməsi üçün müvafiq zolağın və ya işarələnmənin olmadığı vurğulanıb. Süjetdə vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti qurumların təcili tədbirlər görməsinin vacibliyi qeyd edilib.

Mənbə
oxu.az