Dünya
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Hörmüz boğazında vəziyyətin gərginləşməsi ilə əlaqədar İrana qarşı əlavə sanksiyaların tətbiq edildiyini elan edib. "İnterfax" agentliyinə istinadən xəbər verir ki, sanksiyalar, xüsusilə, iranlı maliyyəçi Əli Ənsariyə şamil olunub. Nazirliyin məlumatına görə, o, dövlət vəsaitlərini mənimsəyərək, həmin vəsaitlərdən İran rəhbərliyinin maraqları naminə ölkə hüdudlarından kənarda istifadə edib. Bundan əlavə, İranın bir neçə valyutadəyişmə məntəqəsi də sanksiyalar siyahısına daxil edilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər