Zelenskiyə müxtəlif vasitələrlə təsir göstərirlər - Patruşev
ABŞ Prezidenti Donald Tramp Ukrayna məsələsini həll etmək istəyir, lakin Avropadakı avronasistlər bunu istəmir və sülh yolu ilə nizamlanmanın baş tutmaması üçün əllərindən gələni edirlər.
Axar.az xəbər verir ki,bu barədə Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev "Vesti" telekanalına müsahibəsində bildirib.
"Tramp və ABŞ həqiqətən də bu məsələni həll etmək və razılığa gəlmək istəyirlər. Avropadakı avronasistlər isə heç bir halda razılığın əldə olunmasını istəmirlər. Hətta Ukrayna razılaşmağa hazır olsa belə, bunun baş verməməsi üçün hər şeyi edirlər", – deyə Patruşev vurğulayıb.
Prezidentin köməkçisi əlavə edib ki, avronasistlər Vladimir Zelenskinin komandasına müxtəlif vasitələrlə təsir göstərirlər:
"Buraya maliyyə, maddi, hərbi və digər vasitələr daxildir. Əlbəttə ki, istərdik ki, məsələ hərbi üsullara əl atmadan razılıq yolu ilə həll olunsun".