İdman
Beynəlxalq Voleybol Federasiyasından rusiyalı və belaruslu idmançılara "yaşıl işıq"
Beynəlxalq Voleybol Federasiyası (FIVB) rusiyalı və belaruslu idmançıların təşkilatın bayrağı altında keçirilən yarışlarda iştirakına icazə verib. -ın məlumatına görə, bu barədə FIVB-nin rəsmi saytında məlumat yer alıb. Bəyanatda qeyd olunur ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rusiyalı idmançılara tətbiq edilən məhdudiyyətlərin ləğvi barədə qərarından sonra, həmin idmançılar FIVB-nin təşkil etdiyi turnirlərə qayıda biləcəklər. Rusiyanın dövlət rəmzlərinin nümayişi ilə bağlı məsələ FIVB və Avropa Voleybol Konfederasiyasının (CEV) rəyinə, həmçinin müvafiq idman qurumları ilə razılaşdırılmaqla həll olunacaq. Xatırladaq ki, FIVB rusiyalı voleybolçuları 2022-ci ilin mart ayında beynəlxalq turnirlərdən kənarlaşdırmışdı.
Mənbə
oxu.az