İdman

Azərbaycan güləşçiləri U-20 Avropa çempionatında 5 medal qazanıblar

09 Jul 2026, 00:24 2 baxış
Azərbaycan güləşçiləri U-20 Avropa çempionatında 5 medal qazanıblar
Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında daha 2 medal qazanıblar. Oxu.Az xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə milli komandamızın daha iki üzvü fəxri kürsüyə yüksəlib. Ayxan Cavadov (60 kq) rumıniyalı Draqos Draqaya 6:1, Elmin Əliyev (82 kq) isə macarıstanlı Sabolç Sinaya 8:0 hesabı ilə qalib gələrək bürünc medal əldə ediblər. Digər güləşçimiz Roman Kərimov (67 kq) təsəlliverici görüşlərdə litvalı Eymantas Andriuskanı 9:0, moldovalı Maksim Damaşini isə 10:0 hesabı ilə məğlub edib. Bürünc medal uğrunda həlledici qarşılaşmada isə o, rusiyalı Amir Sovmizə 2:6 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib. Beləliklə, yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, bir gün öncə Emin Cavadlı (55 kq) qızıl, Cavidan Nehmətov (77 kq) və Orxan Hacıyev (87 kq) isə gümüş medal qazanmışdılar.
Mənbə oxu.az

Oxşar Xəbərlər