İdman

"Barselona"nın keçmiş futbolçusu Meksika millisinin baş məşqçisi oldu

09 Jul 2026, 00:52 4 baxış
"Barselona"nın keçmiş futbolçusu Meksika millisinin baş məşqçisi oldu
Meksika milli komandası Rafael Markesin baş məşqçi postuna təyin olunduğunu rəsmən elan edib. Oxu.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis 2024-cü ildən yığmanın sükanı arxasında olan və komandanın 2026-cı il dünya çempionatından kənarlaşmasından sonra istefa verən Xavyer Aqirreni əvəzləyib. Qeyd edək ki, Rafael Markes bundan əvvəl Xavyer Aqirrenin məşqçilər korpusunda yer alırdı. Markes "Barselona" klubunun keçmiş futbolçusudur. O, oyunçu karyerası ərzində Meksika milli komandasının heyətində 147 matç keçirib və 17 qola imza atıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər