Digər
Biz Trampla elə etməyə çalışırıq ki... - Zelenski
ABŞ Prezidenti Donald Tramp və onun komandası ilə yaxşı görüş oldu. İnsan həyatlarını daha yaxşı qorumaq üçün Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə göstərilən vacib diqqətə görə minnətdaram.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında yazıb.
“Prezident Trampla mövqeyimizi gücləndirə və sülhü yaxınlaşdıra biləcək bir neçə ideyanı müzakirə etdik. Komandalarımızın müzakirə olunanları tez bir zamanda tədqiq edəcəyini gözləyirəm. Biz, həmçinin diplomatiyadan da danışdıq, elə etməyə çalışırıq ki, o, işləsin. Bunun baş verməsi üçün məhsuldar işləməyə davam edəcəyik”, - Zelenski qeyd edib.
Mənbə
axar.az